ABŞ dəniz piyadaları korpusunun MV-22B Osprey kovertoplanı Kaliforniyada qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin El Setrodakı aviabazasının açıqlamasında deyilir.
“Sosial şəbəkələrdə yayılan şayiələrin əksinə olaraq, təyyarədə heç bir nüvə materialı yox idi”, - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, qəza nəticəsində təyyarədə olan 5 ekipaj üzvündən 4-ü ölüb, birinin isə axtarışları davam edir.
Son xəbərlər
Son Xəbərlər