ABŞ-ın İmmiqrasiya Xidmətinin Moskva ofisi bağlanır - Azərbaycana da cavabdeh idi

abs-in-immiqrasiya-xidmetinin-moskva-ofisi-baglanir
Oxunma sayı: 1070

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti martın 29-da Moskvadakı ofisini bağlayacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ofisin bağlanmasına səbəb iş həcminin əhəmiyyətli dərəcədə azalması göstərilir. Sonuncu müraciətlər fevralın 28-də qəbul ediləcək. Xidmətin gələcək funksiyasını isə Yunanıstanın paytaxtı Afinadakı şöbəsi yerinə yetirəcək. Bu şöbə Azərbaycan, Ermənistan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan respublikaları üzrə cavabdeh olacaq. 

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya və sığınacaq verilməsi ilə bağlı məsələlərin həllinə məsuliyyət daşıyırdı.