ABŞ-ın İranla bağlı qərarından sonra neftdən rekord göstərici

abs-in-iranla-bagli-qerarindan-sonra-neftden-rekord-gosterici
Oxunma sayı: 1257

Rəsmi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaları sərtləşdirməsi dünya birjasında “qara qızıl”ın qiymətinin rekord həddə çatmağına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,36% artaraq bir barrelə görə 74,31 dollara çatıb. Bu, 2018-ci ilin oktyabrından sonra qeydə alınmış ilk rekord səviyyədir.

WTI markalı neft isə 0,33 % bahalaşaraq bir barrelə görə 65,88 dollar olub.

Qeyd edək ki, ABŞ-ın daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) verdiyi 180 günlük güzəşt müddəti 2 mayda bitəcək. Prezident Donald Tramp ötən gün bu müddəti uzatmayacağını açıqlayıb.