ABŞ-ın İraqdakı hərbi bazasına raket atıldı

abs-in-iraqdaki-herbi-bazasina-raket-atildi
Oxunma sayı: 1340

İraqın Kərkük şəhərində ABŞ əsgərlərinin olduğu K1 hərbi bazasına raket zərbələri endirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bazaya ciddi ziyan dəydiyi bildirilir. Təhlükəsizlik qüvvələri hadisədən sonra bazanın yaxınlığındakı qəbiristanlıqdan raket atıcı qurğuları tapıblar.

Onlar hadisəni törədənlərin tapılması istiqamətində işləri davam etdirirlər.