ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında güclü partlayış olub

ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında güclü partlayış olub
Oxunma sayı: 411

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyinin yaxınlığında güclü partlayış baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra yaxınlıqdakı rayonlarda siqnalizasiya səsi eşidilib.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur. 

Hadisədə “Taliban” hərəkatının əlinin olduğu istisna edilmir.

Qeyd edək ki, bu gün “Əl-Qaidə” terror təşkilatının 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.

Terakt nəticəsində 2983 nəfər həlak olub. 24 nəfər hələ də itkin kimi qeyd olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi