ABŞ-ın keçmiş müdafiə naziri dünyasını dəyişdi

abs-in-kecmis-mudafie-naziri-dunyasini-deyisdi
Oxunma sayı: 1796

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld 89 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqonun sabiq rəhbərinin Tvitter səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, Ramsfeld Taos şəhərindəki evində keçinib.

Ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Donald Ramsfeld 1975-1977 və 2001-2006-cı illərdə Pentaqona rəhbərlik edib.