ABŞ-ın Kiyevdəki səfirliyi işini nə vaxt bərpa edəcək?

ABŞ-ın Kiyevdəki səfirliyi işini nə vaxt bərpa edəcək?
Oxunma sayı: 729

“Kiyevdə Amerika səfirliyinin yenidən açılması prosesi yəqin ki, yaxın bir neçə həftə çəkəcək”.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz bu prosesə çox ciddi yanaşırıq, çünki diplomatik heyətimizi adekvat şəkildə təmin edə bildiyimizə əmin olmalıyıq. Lakin düşünürəm ki, bu, növbəti bir neçə həftə ərzində baş verəcək. Biz Bricit Brinkin Ukraynadakı səfir vəzifəsinə namizədliyinə Senatda tez bir zamanda baxılmasına görə minnətdar olardıq”, - Blinken qeyd edib. 

O xatırladıb ki, ABŞ Ukraynanın paytaxtından əvvəllər təxliyə edilmiş səfirlikdəki diplomatlarını əvvəlcə Lvova, sonra isə Kiyevə qaytarmaq niyyətindədir.