Xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və KİV-lər ölkədə stabilliyin pozulmasına xidmət edən şayiələr yayırlar.
“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla Qırğızıstan prezidenti Almazbek Atambayev çıxış edib:
“Şayiələrin yayılmasına ən çox xarici ölkələrdən maliyyələşən QHT və KİV-lər töhfə verir. Buna xüsusi həvəs göstərən isə ABŞ hökuməti tərəfindən maliyyələşən “Azadlıq radiosu”dur. ABŞ-ın məndən niyə incidiyinin səbəbini bilirəm. Məsələ demokratiyada deyil, məsələ ondadır ki, Atambayev ABŞ bazasını “Manas”dan çıxarıb”.
Prezidentin sözlərinə görə, ABŞ Qırğızıstana qarşı ikili standartlar nümayiş etdirir.
Son xəbərlər
Son Xəbərlər