ABŞ-ın Milli Kəşfiyyat direktoru Den Kouts avqustun ortalarında istefaya gedəcək.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Prezident Donald Tramp öz tvitter mikrobloqunda məlumat verib.
Trampın sözlərinə görə, onun yerinə Konqresin Nümayəndələr Palatasının Texasdan olan üzvü, respublikaçı Con Ratkliff namizəd olacaq.
Dövlət başçısı Koutsun istefa səbəbini açıqlamayıb.
Qeyd edək ki, Den Kouts uzun illər Senatda İndiana ştatını təmsil edib. O, 2017-ci ilin martında ABŞ xüsusi xidmət orqanlarının işini əlaqələndirən orqanın- Milli Kəşfiyyatın direktoru təyin edilib.
Vaşinqton nəşrlərinin məlumatına görə, Trampla Kouts arasında etimad əlaqəsi indiyə qədər həll olunmayıb. Belə ki, Ağ Ev rəhbəri onu bir neçə dəfə çıxarmaq qərarına gəlsə də, köməkçilərinin xahişinə görə fikrindən vaz keçib.
Son xəbərlər
Son Xəbərlər