ABŞ-ın müdafiə naziri koronavirusa yoluxdu

abs-in-mudafie-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 703

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Pentaqon rəhbərinin koronavirus testi pozitiv nəticə göstərib. İyulun 29-da ABŞ Prezidenti Co Baydenlə təmasda olan Ostin özünü təcrid edib. “Prezidentlə sonuncu şəxsi təmasım iyulun 29-da baş tutub”, - ABŞ müdafiə naziri bildirib.

"Bu səhər məndə koronavirus üçün test müsbət çıxdı. Orta dərəcədə simptomlarım var və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin olaraq növbəti beş gün ərzində evdə karantinə alınacağam”, - Pentaqon rəhbərinin bəyanatında deyilir.

Ostinin sözlərinə görə, xəstə olmasına baxmayaraq, o, müdafiə idarəsinin rəisi tərəfindən ona tapşırılan bütün vəzifələri tam şəkildə yerinə yetirməyə davam edəcək və “evdən virtual formatda adi iş qrafikinə sadiq qalmaq” niyyətindədir.

O, həmçinin əlavə edib ki, o, COVID-19-a qarşı tam peyvənd olunub və həmçinin iki doza gücləndirici vaksin alıb.