Elm adamları ABŞ-ın nəsli kəsilməkdə olan ilk növü- qara ayaqlı ferreti 30 il əvvəl ölmüş bir heyvanın genlərindən istifadə edərək klonlaşdırıblar.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, Elizabeth Ann adlı ferret Kolorado ştatının Fort Kollins şəhərindəki Balıq və Vəhşi Təbiət Xidmətinin qara ayaqlı ferret yetişdirilmə müəssisəsində anadan olub və orada böyüdülür. O, 1988-ci ildə nəsli kəsilməkdə olan və DNA texnologiyasının yarandığı ilk günlərdə qalıqları dondurulmuş Uilla adlı bir ferretin genetik surətidir.
Mütəxəssislər qeyd edirlər ki, klonlaşdırma texnologiyası köçəri göyərçin kimi bir sıra nəsli kəsilmiş növlərin geri qaytarılmasında həlledici rol oynaya bilər.
“Biotexnologiya və genomik məlumatlar konservasiya səyləri istiqamətində ciddi fərq yarada bilər”, - deyə ferret növlərinin klonlaşdırmalarını koordinasiya edən biotexnologiya mərkəzli qeyri-kommersiya təşkilatı “Revive & Restore”un aparıcı elmi işçisi Ben Novak qeyd edib.
Son xəbərlər
Son Xəbərlər