ABŞ-ın səhiyyə naziri COVID-19-a yoluxdu

abs-in-sehiyye-naziri-covid-19-a-yoluxdu
Oxunma sayı: 885

ABŞ-ın səhiyyə və insan xidmətləri naziri Xavier Becerra COVID-19-a yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda Becerranın COVID-19-a qarşı 3 doza peyvəndi olduğuna diqqət çəkərək, nazirin yüngül simptomlar göstərdiyi qeyd edilib.

Becerranın COVID-19 protokollarına uyğun olaraq vəzifəsini uzaqdan davam etdirəcəyi bildirilən açıqlamada ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə yaxın təmasda olmadığı yazılıb.