ABŞ-ın səhiyyə naziri istefa verdi

abs-in-sehiyye-naziri-istefa-verdi
Oxunma sayı: 994

ABŞ-ın səhiyyə naziri Aleks Azar istefa verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, Azar bu qərarı yanvarın 6-dakı iğtişaşlar fonunda verib. Onun istefası rəmzi xarakter daşıyır və heç bir praktiki nəticə vermir, çünki o, yanvarın 20-dək səlahiyyətlərini icra edəcək. Kabinet ənənəvi olaraq səlahiyyət müddəti başa çatan Prezidentlə birlikdə istefaya gedəcək.

Xatırladaq ki, daha əvvəl təhsil naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao, həmçinin daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Çed Vulf istefa verib.