ABŞ-ın türk təşkilatları Xocalı barədə bəyanat yaydı

abs-in-turk-teskilatlari-xocali-barede-beyanat-yaydi
Oxunma sayı: 671

ABŞ-dakı türk qeyri-hökumət təşkilatları 26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar ortaq bir bəyanat yayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türk-Amerikan Milli Koordinasiya Komitəsi tərəfindən yayılan bəyanatda 29 il əvvəl Xocalı şəhərində 106 qadın və 63 uşaq olmaqla 613 müdafiəsiz azərbaycanlının erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi vurğulanıb.

“Erməni birləşmələrinin törətdiyi vəhşiliklər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağa davam etməli və bu dəhşətli cinayətə görə ədalət tələb etməliyik”,- deyə sənəddə qeyd olunub.

Türk Amerikan Dərnəkləri Şurası (ATAA) da Xocalı qətliamını qınayan bəyanat yayıb.

Şura bəyanatında ABŞ-ı və beynəlxalq ictimaiyyəti törədilən cinayətlərə görə Ermənistan rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırır.