ABŞ İran gəmisini ələ keçirib

ABŞ İran gəmisini ələ keçirib
Oxunma sayı: 3511

ABŞ-ın Hərbi Dəniz Qüvvələri Omanda İrandan yola düşən gəmini ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 18-də qeydə alınıb.

Məlumata görə, gəmi Yəmənin şimalında husilərə partlayıcı maddələrin istehsalında istifadə olunan 40 ton karbamit gübrəsi daşıyıb.

Gəmi mütəmadi istifadə olunan marşrutla hərəkət edib.