ABŞ İrana doğru addım atdı - “Razıyıq”

abs-irana-dogru-addim-atdi
Oxunma sayı: 2644

ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo İranın səlahiyyətli şəxsləri ilə qabaqcadan hər hansı şərt irəli sürmədən görüşməyə hazır olduqlarını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa turu çərçivəsində İsveçrədə olan Pompeo bunu həmkarı İqnazio Kassislə görüşündə deyib.

“İranla masa arxasına əyləşməyə hazırıq” deyən amerikalı nazir ölkəsinin sanksiyaları davam etdirəcəyini də söyləyib.