ABŞ prezidenti Donald Tramp İrana qarşı 1995-ci ildən tətbiq edilən sanksiya rejimini daha bir il uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, İran hökumətinin fəaliyyəti ABŞ milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid olmaqda davam edir.
Qeyd edək ki, ABŞ fevralda İrana qarşı sanksiya siyahısını genişləndirmişdi.
Eyni zamanda, hazırda BMT Beynəlxalq məhkəməsi İranın ABŞ-a qarşı qaldırdığı iddiaya baxır.
Son xəbərlər
Son Xəbərlər