ABŞ İranın 7 təşkilatını “qara siyahı”ya saldı

abs-iranin-7-teskilatini-qara-siyahiya-saldi
Oxunma sayı: 1552

ABŞ Ticarət Nazirliyi İranın 7 təşkilatını qara siyahıya salıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Federal Reyestri məlumat yayıb.

“Bu yeddi təşkilat Rusiya Silahlı Qüvvələrinə və onun hərbi sənaye kompleksinə töhfə verməklə ABŞ-nin milli təhlükəsizlik maraqlarına, xarici siyasətinə zidd fəaliyyət göstərib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, aviasiya sənayesinin bir neçə müəssisəsi və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri sanksiyalara məruz qalıb.