ABŞ İranın 8 şirkətini sanksiya siyahısına əlavə etdi

abs-iranin-8-sirketini-sanksiya-siyahisina-elave-etdi
Oxunma sayı: 1087

ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının satışı ilə məşğul olan 8 şirkətini sanksiya siyahısına əlavə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

İran neftinin və neft-kimya məhsullarının maliyyə transferlərini və daşınmasını asanlaşdıran 8 şirkətin sanksiya siyahısına əlavə edildiyi bildirilib və bu şirkətlərin İran, Honq Konq, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyi qeyd olunub.

Digər tərəfdən ABŞ Dövlət Departamenti İran neftinin saxlanması və İran neft məhsullarının daşınması ilə məşğul olan, Çində yerləşən iki şirkətə sanksiya tətbiq ediləcəyini açıqlayıb.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada İranın Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) pozaraq nüvə proqramını sürətləndirməyə davam etdiyini və İranın neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyaları davam etdirəcəklərini bildirib.