ABŞ İranın Suriyadakı obyektinə aviazərbə endirdi

abs-iranin-suriyadaki-obyektine-aviazerbe-endirdi
Oxunma sayı: 1725

Cümə axşamı günü ABŞ Suriyada İran Silahlı Qüvvələrinə məxsus ola biləcək obyektə aviazərbə endirib.

“Qafqazinfo” bildirir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən xəbər verib.

Onun məlumatına görə, aviazərbə ABŞ-ın İraqdakı obyektlərinə edilmiş bir sıra hücumlara cavab olub. “Reuters”in məlumatına görə, aviazərbənin endirilməsinə ABŞ Prezidenti Co Bayden razılıq verib.