Ağ Evin mətbuat katibi Sara Sanders “ABŞ İranla müharibə edəcəkmi” sualını cavablandırıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Sanders müharibənin olmayacağına ümid etdiyini deyib:
“Ümid edirəm ki, müharibə olmayacaq. Ancaq bizim mövqeyimizi daha dəqiq prezident ifadə edə bilər. İnanmıram ki, hansısa dövlətlə müharibə olsun”.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk da ölkəsinin İranda hər hansı müharibə və rejim dəyişikliyi istəmədiyini bəyan edib.
Son xəbərlər
Son Xəbərlər