ABŞ İraqda İŞİD əleyhinə əməliyyatları dayandırdı

abs-iraqda-isid-eleyhine-emeliyyatlari-dayandirdi
Oxunma sayı: 905

ABŞ Dövlət Departamenti İraqda İŞİD əleyhinə əməliyyatları müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Tvitter səhifəsində yazıb.

Bu qərarın qəbul edilməsinə səbəb kimi ABŞ-ın prioritetlərinin dəyişməsi göstərilib. Ceffrinin sözlərinə görə, ölkənin əsas vəzifəsi İraqdakı hərbi qüvvələrin təhlükəsizliyinin təmin edilməsidir. Əməliyyatların davam etdirilməsi qərarı İraq hökuməti ilə məsləhətləşmədən sonra qəbul ediləcək.