ABŞ İraqdakı əsgərlərinin sayını azaldacaq

abs-iraqdaki-esgerlerinin-sayini-azaldacaq
Oxunma sayı: 835

ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman ölkəsinin İraqda xidmət aparan əsgər sayını azaldacağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Silliman hazırda İraqdakı ABŞ əsgərlərinin savaşmaq üçün orada olmadıqlarını deyib:

“ABŞ əsgərlərinin İraqda olması rəsmi Bağdadın icazəsi əsasındadır. Onların əsas vəzifəsi savaşmaq deyil, müvafiq məsləhət və təlim verməkdir. Növbəti aylarda həmin əsgərlərin sayı daha da azaldılacaq”.

Səfir sözlərinə əlavə edib ki, İraqda müharibə zamanı dağılan şəhərlərin yenidənqurmasına da dəstək veriləcək.