ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Şimali Koreyanın əsir saxladığı 3 Amerika vətəndaşını azad edəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “Fox News” kanalında canlı yayıma qoşulan vəkil “Kim Çen Inı 3 məhkumu sərbəst buraxmağa vadar edəcək qədər təsirləndirdik” söyləyərək detallardan danışmayıb. Culiani məhbusların bu gün buraxılacaqlarını bildirib. Azadlığa çıxmağa hazırlaşan dustaqların adları isə Kim Hak-sonq, Kim Sanq Duk və Kim Don Çuldur. Çul 2015-ci, digərləri isə ötən ildən həbs olunublar.
Qeyd edək ki, bir neçə həftə ərzində Trampla Kim Çen Inın görüşəcəyi də gözlənilir.
Nuranə
Son xəbərlər
Son Xəbərlər