ABŞ Konqresinə Baydenin impiçmenti üçün qətnamə layihəsi təqdim edildi

abs-konqresine-baydenin-impicmenti-ucun-qetname-layihesi-teqdim-edildi
Oxunma sayı: 2838

Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin (Corciya ştatından respublikaçı) Prezident Cozef Baydenin inauqurasiyasından bir gün sonra ABŞ Konqresinə onun impiçmenti haqqında qətnamə layihəsini təqdim edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Qanunvericinin mətbuat xidməti hələlik ittiham maddəsinin mətnini dərc etməyib. Orada demokratın konkret olaraq hansı cinayəti törətdiyi qeyd olunmalıdır.  

Qeyd edək ki, C.Bayden Prezident vəzifələrinin icrasına yanvarın 20-də başlayıb.

Marcori Teylor Qrin