ABŞ Konqresinin tarixində bir ilk yaşandı

abs-konqresinin-tarixinde-bir-ilk-yasandi
Oxunma sayı: 2861

ABŞ Konqresində iclas və səsvermələrin distant olaraq həyata keçirilməsi səsvermədən sonra qəbul edilib.

"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, ABŞ-da sürətlə yayılmaqda davam edən koronavirus pandemiyası Konqresin fəaliyyətinə də təsirsiz ötüşməyib.

ABŞ Konqresinin 231 illik tarixində ilk dəfədir ki, iclasların və səsvermələrin distant şəkildə keçirilməsi qərara alınıb. Bildirilib ki, 1793-də sarı qızdırma, 1918-ci ildə İspan qripi və 1957-ci ildə baş verən Asiya qripi kimi epidemiyaların yayıldığı dövrlərdə belə Konqresin fiziki olaraq toplanırdı.

Qeyd edək ki, ABŞ-da 1 484 285 insan koronavirusa yoluxub, 85 507 nəfər xəstəlik səbəbindən həyatını itirib.