ABŞ konqresmeni koronavirusa yoluxdu

abs-konqresmeni-koronavirusa-yoluxdu
Oxunma sayı: 1074

ABŞ Nümayəndələr Palatasının üzvü Mario Dias-Balart koronavirusa yoluxub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə konqresmenin ofisi məlumat yayıb.

“Bir qədər əvvəl ona koronavirus testinin müsbət nəticələnməsi barədə məlumat verdilər”, - konqresmenin əməkdaşları bildirib.

"Mən özümü çox yaxşı hiss edirəm", - deyə Dias-Balart Tvitter səhifəsində yazıb. Deputat hər kəsi həkimlərin məsləhətlərinə əməl etməyə, virusa yoluxmamağa çalışmağa və bununla da pandemiyanın yayılmasının azaltmağa çağırıb.