Dünya birjalarında Brent markalı neft bu gün bir qədər də bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Brent İCE London birjasında bahalaşaraq barreli 60,01 dollara yüksəlib. Bununla da, ötən ilin dekabrından bəri ilk dəfə olaraq 60 dollarlıq baryeri aşa bilib.
Neft bazarında müşahidə olunan artıma səbəb ABŞ-la Çin arasında aparılan ticari danışıqlar barədə yayılan müsbət xəbərlər olub. “Bloomberg” mənbəsinə istinadən məlumat verir ki, iki ölkənin nümayəndə heyəti arasındakı üçgünlük danışıqlar optimist notlarla başa çatıb.
Son xəbərlər
Son Xəbərlər