“ABŞ-la qarşılıqlı hörmət çərçivəsində məsələləri müzakirəyə hazırıq”.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
O, ABŞ-ın sanksiyalarından ən çox xalqın mənfi təsirləndiyini diqqət çəkib:
“Biz dialoq tərəfdarıyıq. Əgər biri müəyyən mövzuda bizimlə danışmaq istəyirsə və qanunlarımıza, xalqımıza hörmət bəsləyirsə, müzakirədən imtina etmərik. İqtisadiyyatımız ABŞ sanksiyalarından mənfi təsirlənir, buna baxmayaraq təslim olmayacağıq”.
.jpg)
Son xəbərlər
Son Xəbərlər