ABŞ prezident Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bununla da ABŞ ilk dəfə başqa bir ölkənin ordusunu terror təşkilatı siyahısına daxil edib.
Bu qərara İrandan cavab gecikməyib. İranın Milli Təhlükəsizlik Ali Şurası ABŞ Mərkəzi Komandanlığını (CENTCOM) terror təşkilatı elan edib.
Şuranın açıqlamasında qeyd edilib ki, ABŞ-ın qərarı regional və qlobal təhlükəsizlik və sülh üçün təhlükəlidir.
Həmçinin, vurğulanıb ki, SEPAH regiondakı müttəfiqləri ilə Əl-Qaidə, İŞİD, Nusra Cəbhəsi və digər terror təşkilatlarına qarşı birlikdə mübarizə aparıb.
Son xəbərlər
Son Xəbərlər