ABŞ prezidenti Donald Tramp ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməyini nəzərdə tutan qanun layihəsindən müvəqqəti olaraq imtina edib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Amerikadan olan rəsmi bir şəxs bildirib.
Mənbənin sözlərinə görə, Tramp səfirliyin Tel-Əvivdə qalmağı üçün fərman imzalayıb.
Qeyd edək ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürmək D. Trampın seçki kampaniyası müddətində verdiyi vədlərdən biri olub.
Son xəbərlər
Son Xəbərlər