ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduroya təzyiqləri davam etdirir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu dəfə Maduronun oğlu Ernesto Maduro Querra sanskiya tətbiq olunanlar siyahısına daxil edilib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Venesuelanın Maliyyə nazirinin müavini Luqo Qomesə və keçmiş Elektrik naziri Motto Dominqesə qarşı sanksiya tətbiq olunub.
Son xəbərlər
Son Xəbərlər