ABŞ Meksika ilə sərhədə 3750 əsgər göndərir

abs-meksika-ile-serhede-3750-esger-gonderir
Oxunma sayı: 707

Pentaqon ABŞ- Meksika sərhədinə 3750 əsgər göndərmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbçilər 3 ay müddətində ABŞ-ın cənub-qərb sərhədində qalaraq ölkənin Sərhəd və Gömrük Xidməti əməkdaşlarına dəstək verəcəklər.

Agentlik bildirir ki, Meksika ilə sərhədə yerləşdiriləcək əsgərlərin sayı 4350 nəfərə qədər artırılacaq.

Qeyd edək ki, Pentaqon yanvarın 15-də ABŞ ilə Meksika sərhədində hərbi əməliyyatların 2019-cu ilin sentyabrına qədər davam etdiriləcəyini açıqlayıb.