ABŞ məşhurları Rusiya əleyhinə çarxda - Video

abs-meshurlari-rusiya-eleyhine-carxda
Oxunma sayı: 2171

Aktyorlar Robert De Niro, Martin Şin, Lourens Fişborn, aktrisa Sofiya Buş, yazıçı Stiven Kinq, rejissor və prodüser Robert Rayner və başqa ABŞ məşhurları Rusiya əleyhinə videoçarxda yer alıblar.

“Qafqazinfo” “Now This”ə istinadən xəbər verir ki, sözügedən videoçarxda ABŞ prezidenti Donald Tramp Moskva ilə “sövdələşdiyinə” görə günahlandırılır.  

Yayımlanan kadrlarda De Niro iddia edir ki, Rusiya höküməti 2016-cı ildə ABŞ-ın “demokratiyasına hücum edib”. Çarxın digər iştirakçıları bildirirlər ki, Moskva “Donald Trampın prezident olması üçün” “böyük gizli əməliyyat” həyata keçirib.

Videoçarxın sonunda məşhurlar Ağ Ev rəhbərini məsuliyyətə cəlb edəcəklərini bəyan ediblər.