ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-nin sabiq Prezidenti Donald Trampın seçki mitinqində güllələnməsindən sonra tənqidlərə məruz qalan Kim Çitl istefa verib.
“Təhlükəsizliyin pozulmasına görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Hadisələrdən sonra çətin variantı seçdim və istefa verməyə qərar verdim” , - Çitl bildirib.
Qeyd edək ki, o, 2022-ci ildən ABŞ Məxfi Xidmətinin rəhbəri postunda idi.