ABŞ millisinin toplanışı ləğv edildi

abs-millisinin-toplanisi-legv-edildi
Oxunma sayı: 1698

ABŞ millisinin Qətərdə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.

"Qafqazinfo" xəbər verir ki, regionda vəziyyətin gərginləşməsinə görə, yanvarın 5-dən 25-nə qədər nəzərdə tutulan toplanış baş tutmayacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani vəfat edib. Bundan sonra İran ABŞ-dan qisas alacağını açıqlayıb.