ABŞ Minsk qrupunun olmadığını yeni təyinatla təsdiqlədi

abs-minsk-qrupunun-olmadigini-yeni-teyinatla-tesdiqledi
Oxunma sayı: 3333

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviterdə yazıb.

“Bu gün mən Luis Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, - Blinken qeyd edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu təsisat olaraq ləğv edilib. Rəsmi Vaşinqtonun yeni təyinatı da bunu bir daha sübut edir.