ABŞ Misiri Rusiya qırıcılarına görə sanksiya ilə hədələdi

abs-misiri-rusiya-qiricilarina-gore-sanksiya-ile-hedeledi
Oxunma sayı: 1050

ABŞ hökuməti Misiri Rusiyaya məxsus “Su-35” qırıcılarını alacağı təqdirdə bunun mənfi nəticələrə səbəb olacağını bəyan edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Wall Street Journal” ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ Müdafiə naziri Mark Esperin Misirin Müdafiə naziri Məhəmməd Zakiyə göndərdiyi məktubuna istinadən xəbər verir.

Amerikalı rəsmilərin məktubunda deyilir ki, Moskva ilə böyük bir razılaşma hərbi sənaye sahəsində Vaşinqton-Qahirə əməkdaşlığına maneə olacaq. Qeyd olunur ki, ABŞ Misirə qarşı sanksiya tətbiq etmək ehtimalı barədə də xəbərdarlıq edib.

Bu məqamda bildirək ki, bu il martın sonunda “Rosoboroneksport”un rəhbəri Serqey Kornev Rusiya ilə Misirin çoxfunksiyalı “Su-35 qırıcılarının” tədarükü ilə bağlı müqaviləni imzalamadığını açıqlayıb. Eyni zamanda Moskvanın Qahirəyə silah verməyə hazır olduğu qeyd edilib.