ABŞ müdafiə naziri gözlənilmədən İraqa getdi

abs-mudafie-naziri-gozlenilmeden-iraqa-getdi
Oxunma sayı: 1877

ABŞ-nin müdafiə naziri Lloyd Ostin gözlənilmədən İraqa səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Səfərlə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Pentaqon ötən həftə L.Ostinin martın 5-dən 9-na qədər Yaxın Şərqə səfər edəcəyini açıqlayıb. Lakin bu səfər çərçivəsində onun İraqa da gedəcəyi bildirilməyib.