ABŞ Nikaraqua Prezidentinin oğluna sanksiya tətbiq etdi

abs-nikaraqua-prezidentinin-ogluna-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 835

ABŞ hökuməti Nikaraqua Prezidenti Daniel Orteqanın oğlu Rafael Antonio Orteqa Murilyoya qarşı sanksiya tətdbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yazılıb. Vaşinqton sanksiya siyahısına Rafael Antonionun nəzarət etdiyi 3 şirkəti də daxil edib. Prezidentin oğlu çirkli pulların yuyulmasında ittiham olunur.

Bununla da Rafaelin ABŞ-dakı bütün hesabları dondurulub və Amerika vətəndaşlarına onun rəhbəri olduğu şirkətlərlə biznes əlaqələri qurmaq qadağan edilib.