Bakıda ABŞ-nin Azərbaycandakı səfiri Erl Litzenberger, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirlərlə yanaşı, dövlət katibinin köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-nin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-nin Azərbaycandakı Səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.
Məlumatda qeyd olunub ki, İrəvan, Bakı və Tiflis əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər. Bildirilir ki, bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar.
“Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, - deyə məlumatda qeyd olunur.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər