ABŞ-nin Azərbaycana göndərdiyi minaaxtaran itlər - Fotolar

abs-nin-azerbaycana-gonderdiyi-minaaxtaran-itler
Oxunma sayı: 2979

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi feysbuk səhifəsində paylaşım edib.

"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - deyə paylaşımda qeyd olunub.