ABŞ-nin İraq və Suriyadakı 3 bazasına hücum olundu

abs-nin-iraq-ve-suriyadaki-3-bazasina-hucum-olundu
Oxunma sayı: 831

ABŞ əsgərlərinin İraq və Suriyada yerləşdiyi 3 bazaya PUA və raket hücumu edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İraq İslami Müqavimət Təşkilatı məlumat yayıb.

İraqın qərbində yerləşən Ayn əl-Əsəd Hərbi Hava Bazasına, İraqın şimalında İraq Kürd Regional Rəhbərliyinin (KRH) Ərbil şəhərindəki Ərbil hava limanında yerləşən ABŞ bazalarına PUA və raketlər atılıb.

“Hücumlar Qəzza zolağında Fələstin xalqına qarşı törədilən qətliamlara cavab olaraq həyata keçirilib", - deyə təşkilatın bəyanatında qeyd olunub.