ABŞ-nin İraqdakı bazasına yenə hücum olundu

abs-nin-iraqdaki-bazasina-yene-hucum-olundu
Oxunma sayı: 1553

Şimali İraqda ABŞ bazası yaxınlığında partlayış baş verib. ABŞ-nin bölgədəki konsulluğunda həyəcan təbili çalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “CNN” məlumat yayıb.

Məlumata görə, dekabrın 20-dən bəri şiə yaraqlıları ABŞ-nin Suriya və İraqdakı hərbi obyektlərinə altı hücum həyata keçirib. 

Bundan əvvəl şiə qrupları İraq və Suriyada ABŞ-nin 3 hərbi bazasına hücum etdiyini bəyan etmişdi.