ABŞ-nin keçmiş dəniz piyadası Ukraynada həlak oldu

abs-nin-kecmis-deniz-piyadasi-ukraynada-helak-oldu
Oxunma sayı: 2074

ABŞ-nin keçmiş dəniz piyadası Kuper Endryus Ukraynada toqquşmalar zamanı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun ailəsinə istinadən “CNN” məlumat yayıb.

Telekanalın məlumatına görə, keçmiş hərbçi aprelin 19-da Artemovsk (Baxmut) yaxınlığında ölüb.

O, 2022-ci ilin noyabrında Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ-ni tərk edib.

CNN-in yaydığı məlumata görə ABŞ Dövlət Departamenti amerikalının ölümünü təsdiqləyib.