“ABŞ-nin köməyi olmasa, Ukrayna uduzacaq”

abs-nin-komeyi-olmasa-ukrayna-uduzacaq
Oxunma sayı: 1889

“Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı senatorlara deyib ki, ABŞ-nin yenidən köməyi olmasa, Ukrayna Rusiya ilə münaqişədə məğlubiyyətə uğrayacaq”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer “X” sosial şəbəkəsində bildirib:

“Zelenski mənə və bizim nümayəndə heyətinə dedi ki, bu həyati yardım olmasa, Ukrayna müharibəni uduzacaq, Ukrayna xalqı, ABŞ və demokratiya üçün dəhşətli nəticələr olacaq”.

Şumer həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasını Senatda hazırlanıb qəbul edilən qanun layihəsini təsdiqləməyə çağırıb. Sənəd Ukraynaya 60 milyard dollardan çox yardımın ayrılmasını nəzərdə tutur.