ABŞ-nin Livandakı Səfirliyi atəşə tutuldu, yaralanan var - Video

abs-nin-livandaki-sefirliyi-atese-tutuldu-yaralanan-var
Oxunma sayı: 1942

ABŞ-nin Livandakı Səfirliyinin binası naməlum şəxs tərəfindən atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Livanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS yayıb. 

Məlumata görə, insident zamanı mühafizəçilərdən biri, eləcə də atəş açan şəxs yaralanıb. Həmin şəxsin saxlanıldığı bildirilir. 

Hazırda diplomatik missiyanın yerləşdiyi ərazi polis tərəfindən əhatəyə alınıb, insidentlə bağlı araşdırma aparılır.