ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə açıqlayıb.
Məlumata görə, Bono sözügedən vəzifədə regiona ilk səfərini edəcək.
O, Bakıdan sonra İrəvan və Tbilisiyə də yollanacaq.
Son xəbərlər
Son Xəbərlər