ABŞ-nin Suriyadakı hərbi bazası yaxınlığında partlayış

ABŞ-nin Suriyadakı hərbi bazası yaxınlığında partlayış
Oxunma sayı: 768

Suriyanın Haseke vilayətinin cənubunda yerləşən Əş-Şəddadi bölgəsində ABŞ-nin nəzarətində olan baza yaxınlığında bir neçə partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Al Mayadeen” telekanalı yayıb.

Kanalın məlumatına görə, hərbi obyektin yaxınlığına 4 raket düşüb. Raketlərin haradan atıldığı və insidentin nəticələri barədə detallar açıqlanmayıb.

Bildirilir ki, Əş-Şəddadi bölgəsində səmaya pilotsuz uçuş aparatları qaldırılıb.