ABŞ nümayəndəsi 14 ölkəni hədəfə aldı

abs-numayendesi-14-olkeni-hedefe-aldi
Oxunma sayı: 675

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Donahoe verdiyi açıqlamada Çin, İran, Liviya, Şimali Koreya, Bəhreyn, Belarus, Kuba, Myanma, Şri Lanka, Sudan, Suriya, Venesuela, Yəmən və Zimbabvenin ABŞ-ın insan hüquqlarını pozan ölkələr siyahısında olduğunu bildirib. O, BMT-nin bu ölkələri insan hüquqlarının pozduğuna görə, məsuliyyətə cəlb etməsini istəyib. İranda üsyançıların öldürülməsini pisləyən Donahoe Myanmada 2 min siyasi məhkumun həbsxanalarında tutulmasını, Belarusda müxalifətdən 3 nəfər prezidentliyə namizədə həbs cəzası verilməsini də tənqid edib. Amerikalı nümayəndə ABŞ-ın Çində getdikcə artmaqda olan vəkil, aktivist, blogger, sənətçi və ailələrinin həbsinə qarşı olduğunu qeyd edib.

Nərgiz Ehlamqızı